Təhsil konfransı keçirilib

Sentyabrın 13-də Binəqədi Rayon İcra Hakimiyyətində təhsil konfransı keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, İlhamə Abdullayeva iştirak ediblər. Məktəbin direktoru Natəvan Əsədova, tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova, ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə göstərən məktəbin məzunu Aynur Hüseynzadə də tədbirdə iştirak edib.

Konfrans məktəblilərin ifasında Azərbaycan şairi, mütəfəkkir "İmadəddin Nəsimi" nin 650 illik yubileyinə həsr edilmiş bədii səhnəcik ilə başlayıb.
Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, millət vəkili Aydın Mirzəzadə, Yusif Məmmədəliyev adına Azərbaycan Milli Neft-Kimya Prosesləri İnstitutunun direktoru kimya elmləri doktoru, professor Vaqif Abbasov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan behs ediblər.

Tədbir ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrin ifasında “Bu gözəl vətən bizimdir” adlı musiqi hissəsi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi