1 №-li Pedaqoji Şura

Sentyabrın 13-də məktəbdə 2019/2020-ci tədris ili üçün pedaqoji şuranın ilk iclası keçirildi. İclasda məktəb direktoru Natəvan Əsədova 2019/2020-ci tədris ilinin fəaliyyət istiqamətlərini pedaqoji şura üzvlərinə çatdırdı.

İclasda 2018/2019-cu tədris ilinin yekunları və yeni tədris ilində kollektivin qarşısında duran məsələlər, məktəb rəhbərlərinin, uşaq birliyi təşkilatının və məktəb kitabxanasının illik fəaliyyət planları, I-IX və XI siniflərin komplekləşdirilməsi, X təmayül siniflərin təşkili, dərs yükünün müəllimlər arasında bölgüsü, sinif otaqlarının inventarla təminatı, məktəbəqədər hazırlıq qruplarının təşkil edilməsi, şagirdlərin dərsliklərlə təminatı, cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul olundu.

Sonda məktəb rəhbərliyi fənn müəllimlərini maraqlandıran sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi