Yay Olimpiya Festivalı

              Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.

              Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində məktəbin aktiv şagirdlərindən biri olan, 11A sinif şagirdi Arif Rəhimov könüllü qismində iştirak edib.                                                   Könüllülük fəaliyyətinin gənclərin karyerasında əvəzsiz rolunun olduğunu bildirən Arif Rəhimov, gənclərin gələcəkdə iş imkanlarının da, bu fəaliyyət nəticəsində artdığını diqqətə çatdırıb. Bu gün əminliklə deyə bilərik ki, şagirdimiz ölkəmizdə yaranan, üzvlərinin sayı durmadan sürətlə artan könüllülər hərəkatının ən aktiv üzvlərindəndir. Onu da bildirək ki, şagirdimiz açılış mərasimindən sonra öz fəaliyyətini Tofiq Bəhramov adına Respublika Stadionunda hesablayıcı könüllü qismində davam etdirib.

                 Yaşının az olduğuna baxmayaraq, ölkənin ən böyük idman tədbirlərindən birində iştirak edən şagirdimizin bu təşəbbüskar və düzgün addımını yüksək qiymətləndirir, bu təqdirəlayiq fəaliyyətində ona uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi