Məzun gecəsi

İyunun 15-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazir müavinləri Firidun Qurbanov,Məhəbbət Vəliyeva, Gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırdı.

Məktəbin direktoru N. Əsədova və DİM-nin ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan 8 şagirdimiz Bakı Konqres Mərkəzindəki tədbirdə iştirak etdi. 

Tədbir konsert , əyləncə proqramı ilə davam etdirilib.Gənclərə göstərilən mənəvi-estetik və sosial dəstəyə görə ideya müəllifləri və təşkilatçılara təşəkkür edirik.

Qeyd: Məktəbin 2015-2016-cı il məzunu olan İsmayılı təşkilat komitəsinə kömək edən nəzarətçilər arasında görmək bizi çox məmnun etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi