“Ölkəmizi tanıyaq”

“Ölkəmizi tanıyaq” tur layihəsi çərçivəsində Naxçıvan MR-na səfər edən Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbin şagirdləri proqram çərçivəsində bir çox dövlət və özəl müəssisələrinin, ali məktəblərin qonağı oldular. Keçirdikləri görüşlərə bayram sovqatları və hədiyyələr ilə qatılan şagirdlərimiz maraqlı anlara şahid oldular.Tur aksiyanın ilk günü Naxçıvan Universitetinin qonağı olan şagirdlərimiz Naxçıvan gənclərinə Binəqədi rayonunun novruz sovqatlarını təqdim etmişlər.Tədbirin son günü isə şagirdlərimiz Naxçıvan Gənclər Mərkəzində keçirilən görüşdə Naxçıvan MR-nın Təhsil Naziri Məmməd Qəribov, Gənclər və İdman Naziri Azad Cabbarov və Gənclər Fondunun İcraçı direktoru Məmməd Babayevlə xatirə şəkli çəkdirib, onlara Binəqədi rayonunun xatirə hədiyyələrini təqdim etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi