Sağlam təhsil sinfində buraxılış tədbiri keçirilib

İyunun 12 – də məktəbin 4 B “Sağlam Təhsil – Sağlam Millət” sinfində “məzun günü” keçirilib.

Məktəbin direktoru giriş sözü ilə iştirakçıları salamlayıb. Daha sonra aparıcı şagirdlər 4 il ərzində öyrəndikləri, nailiyyətləri, müəllimləri barədə, layihə haqqında qısa məlumat veriblər.

Sağlam həyat tərzinin təbliği, uşaqların idmana olan marağını artırmaq, ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi, yaradıcı təfəkkürün, ünsiyyət bacarıqlarının, qarşılıqlı kömək etməyin, sağlam rəqabətin tərbiyəsi məqsədilə “Sağlam qida”, “Mən güclüyəm” adlı əyləncəli oyunlar, yarışlar keçirilib. Qaliblər müəyyən edilib.

Tədbir bədii hissə ilə davam edib. Bu hissədə şagirdlər mövzu ilə bağlı şeirlər, mahnılar söyləyib, kompozisiya və tamaşalar göstəriblər. Tədbirin sonunda şar yağışı olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi