Martın 19-u “Ölkəmizi tanıyaq” layihəsinin 1-ci mərhələsi başa çatmışdır.

Martın 19-u “Ölkəmizi tanıyaq” layihəsinin 1-ci mərhələsi başa çatmışdır. Naxçıvan MR-na 4 günlük səfər edən Binəqədi məktəbliləri Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli sürətlə qarşılanmışdır. Gənclər Azərbaycan Dövlət Televiziyasına müsahibə vermiş və onları qarşılayan Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon İdman və Gənclər İdarəsinin əməkdaşları ilə layihə barədə xoş təəssüratlarını bölüşmüşlər. Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbin şagirdləri bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.Hava limanından Binəqədi rayonu Heydər Əliyev adına İstirahət Parkına gələn şagirdlərimiz burada valideynləri və Rayon İcra Hakimiyyətinin şöbə müdirləri tərəfindən qarşılanmış və onlarla birgə xatirə şəkli çəkilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi