"Kim? Nə? Harada?"

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə 6-cı siniflər arasında  təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Sarıyevanın təşəbbüsü ilə əyləncəli-intellektual  "Kim? Nə? Harada?" yarışı keçirildi.

Yarışın keçirilməsində məqsəd şagirdlərin dünyagörüşlərinin, maraq dairələrinin, hazırcavablılıqlarının üzə çıxarılması və onları mütaliə və internet resurslarından düzgün istifadə etməyə yönləndirmək idi. Yarışın 4 mərhələsi üçün müxtəlif sahələri əhatə edən maraqlı suallar hazırlanmışdı.

Komandalar sualları və onların doğru cavablarını əyani olaraq görüntü şəklində izləyirdi. Məhz bu əyanilik və tam obyektiv qiymətləndirmə nəticəsində layiq olduqları yerlərin sahibinə çevrilən komandalar diplom və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar. Mərhələlər arası fasilələrdə xüsusi istedadlı şagirdlərin rəngarəng rəqs və mahnıları yarış iştirakçıları üçün motivasiya oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi