"Şəhadət sarayı"

Mayın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası məktəbdə vətənpərvərlik mövzusunda tədbir keçirdi. Tədbirdə gənc yazar Sevil Gül Nurun vətən yolunda canını qurban edən igid Azərbaycan oğulları haqqında yazdığı "Şəhadət sarayı" adlı kitabı məktəb rəhbərliyinə və şagirdlərə təqdim edilib. 

Tədbiri giriş sözü ilə açıq elan edən məktəb direktoru Natəvan Əsədova müəllifə təşəkkür edərək belə kitabların daha çox yazılmasının zəruriliyini vurğuladı. O qeyd etdi ki, bu kitabların təbliği şagirdlərdə vətənpərvərlik hissinin artmasına, onlarda milli qürurun formalaşmasına xidmət edir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova da gənc yazarın bu addımını alqışladı və şagirdlərin milli qəhrəmanlarımızı tanıması üçün gözəl təbliğat vasitəsi olduğunu qeyd etdi. 

Tədbirdə iştirak edən şəhid Əhməd Abdullayevin oğlanları Hüseyn və Nihat da öz növbələrində şəhidlərin adını uca tutaraq onları unutmayıb haqqında kitab yazdığı üçün Sevil Gül Nura təşəkkür etdilər. 

Müəllif öz çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirib bu mövzuda olan tədbirlərin şagirdlərdə vətənə məhəbbət, düşmənə nifrət hissinin yüksəldilməsində böyük rol oynadığını, onlarda xalq, millət sevgisinin çoxalmasına xidmət etdiyini söylədi. Şagirdlərin hazırladıqları suallara cavab verən müəllif bu sualların onun üçün maraqlı və gözlənilməz olduğunu qeyd edərək şagirdlərə təşəkkür etdi. 

Məktəbin 8-ci və 9-cu sinif şagirdlərinin ifasında müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər səsləndi.

Sonda şairə-yazar məktəb kitabxanası üçün kitab hədiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi