“Nəsiminin 650 illik yubileyi”
Mayın 23-də 10b və 8b sinif şagirdlərinin iştirakı ilə böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi, 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə əlaqədar dahi şairin həyatı və yaradıcılığına, poetik düşüncələrinə, elmi-fəlsəfi görüşlərinə həsr olunmuş tədbir keçirilib.
Şagirdlərin ifasında Nəsiminin şeirləri və sözlərinə yazılmış musiqi parçaları, səhnəciklər təqdim edilib.