Dəyirmi masa keçirildi

11.03.2016-cı il tarixdə Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbdə Binəqədi rayon İcra Hakimiyyəti “Sahibkarlığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərman , sərəncam və çıxışlarında verdiyi tapşırıqların öyrənilməsi və təşviqi ” ilə əlaqədar olaraq “ Dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”-nı Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov aparmışdır. O, öz çıxışında Azərbaycan Respublikasındakı müasir vəziyyət , daxili və xarici siyasət, 2015-ci ilin 1 noyabrında Milli Məclisə keçirilən seçkilər,manatın məzənnəsinin və neftin qiymətinin aşağı düşməsi haqqında ətraflı məlumat vermişdir.Yaxın Şərqdə baş verən hadisələr , İraq İslam Şam dövləti , Rusiya-Türkiyə münasibətləri haqqında da maraqlı fikirlər söyləmişdir. Beynəlxalq aləmdə baş verən bütün gərginliklərə baxmayaraq Azərbaycanda siyasi sabitlik hökm sürür,sənaye, kənd təsərrufatı inkişaf edir. Sənayenin inkişafi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2014-cü ili “Sənaye” ili, kənd təsərrüfatinin inkişafı üçun 2015-ci ili “kənd təsərrüfatı” ili elan olunmuşdur. Azərbaycan Respublikası əhalisinin həyat səviyyəsini yüksəltmək məqsədi ilə Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə aztəminatlı ailələrə ünvanlı sosial yardımlar edilmiş, vergi məcəlləsi və gömrük tariflərində dəyişikliklər edilmiş,5200 sahibkara 250mln manat pul ayrılmış ,turizm sektoru inkişaf etdirilmişdir.Sonda məktəbin direktoru Natəvan Əsədova dəyərli məlumatlara görə Vüsar müəllimə minnətdarlığını bildirmişdir.“Dəyirmi masa”da Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri Elman Dadaşov, Elnur Məmmədov, 102 saylı məktəbin rəhbərliyi və müəllimləri, 10 nömrəli poliklinikanın baş həkimi, uşaq baxçalarından nümayəndələr, 3 saylı məktəbin rəhbərliyi və müəllimləri,kitabxana müdiri iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi