"Qadına qarşı şiddətə yox deyək!" mövzusunda dəyirmi masa keçirildi

10 mart 2016-cı il tarixdə məktəbimizdə tarix müəllimi Kəmalə Həsənovanın rəhbərliyi ilə "Qadına qarşı şiddətə yox deyək!" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə 9b və 9ç sinif şagirdlərinin mövzuyla bağlı əldə etdikləri statistik məlumatlar əsasında maraqlı söhbət yarandı. Videorolik təqdim edildi. Şagirdlərin hazırladığı foto-rəsm sərgisinə baxış keçirildi. Məktəb rəhbərliyinin də iştirak etdiyi tədbirdə bir daha qeyd olundu ki, qadına qarşı şiddət dövrümüzdə yolverilməz bir qanunsuzluqdur.Buna nə Konstitusiyamızda, nə də dinimizdə haqq verilmir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi