Mehriban Əliyeva 2015-ci ilin adamı

Bu gün məktəbimizdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın 2015-ci ilin adamı seçilməsiylə əlaqədar məktəb rəhbərliyinin, müəllimlərin, kitabxana işçilərinin, XI və VII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbiri məktəbin qabaqcıl müəllimlərindən olan Məmmədhüseynova Şərqiyyə Məmmədhüseyn qızı Mehriban xanım Əliyevanın 2015 –ci ilin adamı seçilməsi haqda geniş məlumat verdikdən sonra XI sinif şagirdlərinə söz verdi. Abdullayeva Şəbnəm H.Əliyev fondunun loqosundakı inisialın açıqlamasını verərək göy rəngin saflığın, paklığın, aydınlığın, qızılı rəngin parlaq, işıqlı, daim inkişafda olan gələcəyin simvolu olduğunu vurğuladı. Cabbarova Züleyxa Mehriban xanım Əliyevanın gənclik illərindən, ailə həyatından bəhs edən slaydı nümayiş etdirdi.Məmmədov Nurlan həkim olmaq arzusunda olduğunu bildirərək H.Əliyev fondunun yarandığı gündən səhiyyədəki fəaliyyətindən söhbət açdı, fondun 152 adda xeyriyyə işinə imza atdığını həvəslə qeyd etdi. Ağazadə Kənan Mehriban xanım Əliyevanın idman sahəsində gördüyü işlərdən, Avropa Olimpiya Oyunlarından həvəslə söhbət açdı. Sonda vizual olaraq H.Əliyev fonduna səyahət edildi. Tədbirin iştirakçısı olan məktəb direktoru bu tədbirin böyük zövqlə hazırlandığını və məmnun qaldığını qeyd etdi. Məktəbin direktoru Natəvan Əsədova şagirdlərin H.Əliyev fondunun və eləcə də Mehriban xanım Əliyevanın fəaliyyətinə nəzər salaraq belə ətraflı təhlil etmələrindən razı qaldığını dönə - dönə vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi