“Məktəblilər üçün muzey həftəsi”

Mayın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər və Nəsimi irsi” proqramı üzrə  təşkil edilən muzey həftəsinin açılış mərasimi olub.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Məktəblilər üçün muzey həftəsi” keçirilir.  

Bu məqsədlə məktəbimizin 6 B və 6 D sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində olublar. Şagirdlər əl işlərindən ibarət sərgi və muzeydəki eksponatlarla tanış olublar.

Bu il keçirilən layihənin məqsədi 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanımaq, məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi