Yaradıcılıq sərgisi

10 may 2019-cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib.

Bakı şəhəri üzrə təşkil olunan sərgidə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb rəhbərləri, valideynlər, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Sərgidə məktəbin direktoru Natəvan Əsədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova, UBR Əminə Həmzəyeva, 8A sinif şagirdi Rəfiqə Sadıqova da iştirak edib. 

Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, elmi texniki, dizayn işləri, ulu öndər Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi