“Xalqa bəxş edilmiş ömür”

10 may 2019-cu il tarixdə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə “Xalqa bəxş edilmiş ömür” başlığı altında tədbir keçirildi. Tədbirdə məktəbin IX ç sinif şagirdləri və sinif rəhbəri Nərminə Mirzəyeva iştirak etdi.

Tədbiri açan Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəblilərə ümummilli lider Heydər Əliyevin gəncliyi, siyasi fəaliyyəti, müstəqil Azərbaycan Respublikası üçün gördüyü əvəzsiz işlər haqqında danışdı. Binəqədi rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva böyük şəxsiyyət Heydər Əliyevə həsr olunmuş “Xalqa bəxş edilmiş ömür” başlıqlı sərgidə nümayiş olunan ədəbiyyatın biblioqrafik icmalını təqdim etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi