“Sən elə bir zirvəsən!”

10 may 2019-cu il tarixdə məktəbdə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən!” adlı tədbir keçirildi. Tədbirdə məkəb rəhbərliyi, şagirdlər, müəllimlər və valideynlər iştirak edirdi. 

Şagirdlər görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafı sahəsində gördüyü işlər haqqında məlumatlar verdilər. Daha sonra şagirdlərin ifasında şeirlər söylənildi, mahnılar ifa edildi.

Sonda çıxış edən məktəbin direktoru Natəvan Əsədova Ulu Öndərin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışdı və hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğuladı. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi