IV Məntiq Olimpiadasının ilk turu
04.05.2019-cu il tarixində "Lütfi Zadə adına Məktəblərarası IV Məntiq Olimpiadası"nın ilk turu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi ilə məktəbdə təşkil olundu. Məntiq olimpiadasında məktəbin V və VI sinif şagirdləri iştirak edirdi.
25 sualdan ibarət kitabçalar iki variantdan hazırlanmışdır. Şagirdlərə bu sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. İlk mərhələdə fərqlənən şagirdlər şəhər turunda iştirak etmək hüququ əldə edəcəkdir.