“Tullantıdan sənətə” sərgisi

Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq saylı Sərəncamı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmişdir.

Növbəti tədbir 29.04.2019-cu il tarixdə Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə təşkil edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Elnur Məmmədov, məktəbin direktoru Riyaziyyat üzrə fəlsəfə doktoru Natəvan Əsədova, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir.

Belə ki, tədbirlər planının 1.6-cı bəndinin “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi barədə treninq və seminarların keçirilməsi, söhbətlərin aparılması, səyyar görüşlərdə məlumatların verilməsi və 4.4-cü bəndinin icrası ilə əlaqədar “Tullantıdan sənətə” sərgisi təşkil edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi