"Oxu günü" tədbiri
24.04.2019-cu il tarixdə V ç sinif şagirdlərinin iştirakı ilə kitabxanada "Oxu günü" ilə bağlı tədbir keçirildi. Tədbirdə kitabxanaçı Vəliyeva Sara şagirdlərə mütaliənin əhəmiyyətindən bəhs edərək şagirdlər arasında müzakirə apardı.
Sinif müəllimi Yusifova Tərlan şagirdlərin hər həftə sonu oxuduğu əsərlərin hesabatını apardığını bildirdi. Tədbirdə məktəblinin dostları, psixoloq Taciyəxanım İmanova və UBR Həmzəyeva Əminə, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Niftiyeva da iştirak edirdi.