Sinif rəhbərləri ilə iclas

19.04.2019-cu il tarixdə məktəb rəhbərliyi ilə 1-11-ci siniflərin sinif rəhbərlərinin növbəti görüşü təşkil edildi. Görüş hesabat və tövsiyə xarakteri daşıyırdı. Sinif rəhbərləri məktəbin illik fəaliyyət planına müvafiq olaraq mart, aprel ayları ərzində məktəbdə görülən işlər, keçirilən tədbirlər, görüşlər və s. barədə məlumat verdilər.

2 ay ərzində sinif təşkilat saatlarında qaldırılan məsələlər, aparılmış maarifləndirmə işləri, sinif iclaslarında müzakirə edilən məsələlər barədə məlumat verən sinif rəhbərlərinə məktəb direktoru tərəfindən müvafiq istiqamət üzrə tapşırıq və tövsiyələr verildi.

Belə ki, sinif rəhbərlərinə məktəbin ayrı-ayrı siniflərində təhsil alan, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin daim diqqətdə saxlanılması, onların valideynləri ilə koordinasiyalı fəaliyyət göstərilməsi tapşırıldı. Həmçinin məktəbdə növbətçilik qrafiki üzrə işin təşkili , şagirdlərə psixoloji dəstək, fəal valideynlərin məktəbə cəlb edilməsi və s. cari məsələlər də növbəti dəfə prioritet fəaliyyət istiqaməti kimi pedaqoji heyyətin nəzərinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi