Monitorinq keçirildi
15.04.2019-cu il tarixdə 10 A və 10 B siniflərində riyaziyyat fənni üzrə monitorinq keçirildi. Monitorinq sualları II yarımilin aprel ayına qədərki materialını əhatə edirdi. Əsasən triqonometriya, funksiya və müstəvi fiqurlardan bəhs edən tapşırıqlar salınmışdır.
Monitorinqin keçirilməsində məqsəd şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsidir.