“Dövlət rəmzlərinin təbliği” məqsədi ilə tədbir keçirildi

01.03.2016-cı il tarixdə “Dövlət rəmzlərinin təbliği” məqsədi ilə tədbir keçirildi.Tədbirdə məktəbin IX- XI sinif şagirdləri və müəllimlər iştirak etdilər. Tədbiri “Dövlət Bayrağı meydanı” muzeyinin əməkdaşları Mustafayeva Nuranə Fariz qızı , Abbasova Türkan İlqar qızı açaraq , Azərbaycan bayrağının yarandığı gündən müasir bayrağa qədərki dövrü əks etdirən slayslar göstərib , maraqlı məlumatlarla şagirdləri məlumatlandırdılar. Məktəbin fizika müəllimi Daşdəmirov Oqtay Əli oğlu muzey əməkdaşlarına maraqlı məlumatlara görə minnətdarlığını bildirdi və təklif etdi ki, bayraq haqqında görüntülər kitabçalar şəklinə salınaraq şagirdlərə paylanılsın. Sonda, təlim –tərbiyə işləri üzrə direktor müavini Həsənova Kifayət Şükür qızı çıxış edərək, Azərbaycan bayrağının möhtəşəmliyi haqqında danışdı və bayrağımızın Ginnesin rekordlar kitabına düşməsi haqqında , Azərbaycan bayrağını təhqir etdiyinə görə erməni əsgərinin başını kəsən Ramil Səfərov haqqında ətraflı məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi