Dərsdinləmələr davam edir

Məktəbin fəaliyyət planına uyğun olaraq dərsdinləmələr davam edir.

3ç sinfində “Üçrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi” mövzusunda riyaziyyat, 4a sinfində “Üçrəqəmli ədədin ikirəqəmli ədədə vurulması” mövzusunda riyaziyyat, 8a sinfində “Atom orbitallarının hibridləşməsi” mövzusunda kimya, 8b sinfində “Ölkələrin inkişaf səviyyəsi” mövzusunda coğrafiya dərsləri dinlənildi.

Dərslərin dinlənilməsində məqsəd istedadlı şagirdlərin üzə çıxarılmasında fənn müəllimlərinə dəstək olmaq, tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim-şagird münasibətlərinin hansı istiqamətdə qurulmasını izləməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi