İnteqrasiya edilmiş dərs
05.04.2019-cu il tarixdə 10b sinfində bu günün tarix dərsini müəllim Hüseynov Vətən maraqlı bir inteqrasiya ilə aprel döyüşlərinin xatirəsinə həsr etdi. 2ç sinif şagirdlərinin kiçik bədii kompoziyası ilə 10-cu sinif şagirdlərinin nəzəri bilikləri ilə maraqlı dərs nümayiş edildi.
Belə ki, 10-cu siniflər tarixi faktlarla 2016-cı il aprel döyüşlərinin qəhrəmanlıq səlnaməsi olduğunu qeyd etdilər. 2-ci və 10-cu sinif şagirdlərinin inteqrasiya edilmiş dərsi həm balaca fidanlar, həm gənclərimiz üçün öyrədici və əsl vətənpərvər dərs oldu.
Məqsədimiz də bu idi, 10-cu sinif şagirdləri öz vətən sevgisinin aliliyini, ucalığını körpə fidanlara aşılasınlar.