“Fövqəladə hallarda davranış qaydaları”

“Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrində “Fövqəladə hallarda davranış qaydaları” təlimləri davam edir.

02.04.2019-cu il tarixdə “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən məktəbimizdə 6-7-ci sinif şagirdlərinə təlim keçirilib.

Təlimlərin keçirilməsində məqsəd şagirdlərin fövqəladə hallarda davranış qaydaları, fərdi mühafizə vasitələrindən istifadə haqqında bilik və bacarıqlarının təkmilləşdirməsi, fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsinin artırılmasıdır.

Təlim zamanı “Fövqəladə halların təsnifatı”, “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Zəlzələ zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Civə dağılması zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib, şagirdlərin sualları cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi