"Nəsimi ili" elan edilməsi ilə əlaqədar təqdimat
29.03.2019-cu il tarixdə müəllim Məmmədova Esmira 2 a sinif şagirdləri ilə birlikdə "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 2.1.5. bəndinə uyğun olaraq Böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə əlaqədar dahi şairin həyatı və yaradıcılığına, poetik düşüncələrinə, elmi-fəlsəfi görüşlərinə həsr olunmuş təqdimat keçirdi.
Məqsəd şagirdlərdə milli-özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanmasıdır.