"Ölkəmizi tanıyaq" Naxçıvan turu

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi. 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının müavinləri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, valideynlər, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər. 

        Məktəbimizin 9C sinif şagirdi Gülər Quluzadə Müqabil qızı da bu turda iştirak edib. Şagirdimiz tədbirdə çıxış edərək “Ölkəmizi tanıyaq” tur-aksiyasının onun həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndirib.      

                Eyni zamanda tədbirdə məktəbimizin şagirdləri Əsma və Aysu Məmmədova bacıları da çıxış etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi