Xocalı soyqırımının iyirmi yeddinci ildönümü

26.02.2019-cu il tarixdə məktəbimizdə Xocalı soyqırımının 27 – ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. 2b, 4b, 6b, 8c sinif şagirdlərinin iştirakı ilə “Xocalıya gedən yol”, "Xocalısız ağlamaq keçir könlümdən"  mövzularında mühazirə, “Dəyirmi masa” və konfranslar təşkil edilmişdir.   Şagirdlərin hazırladığı şeirlər və tamaşalar o qanlı faciənin ağrı- acısının nə qədər dərin olduğunu əks etdirirdi.

Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, əl işlərindən ibarət sərgiləri təşkil olunmuşdur. Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanmışdır.

Tədbirlərin keçirilməsində məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi