“Valideynin məktəbdə bir günü” layihəsi
20.02.2019-cu il tarixdə “Valideynin məktəbdə bir günü” layihəsinə əsasən məktəbimizə valideynlərin ziyarəti təşkil olunmuşdur.
Valideynlər məktəb kitabxanası, yeməkxanası, sinif otaqları, idman meydançası, akt zalı, laboratoriyaları gəzərək məktəb mühiti ilə tanış oldular. Həmçinin valideynlər müəyyən növbələrlə tədris prosesini izlədilər.
Tanışlıq sonrası valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri dinlənildi və məktəb rəhbərliyinin iştirakı ilə fikir mübadiləsi, müzakirələr aparıldı.
Sonda şagirdlərimizin hazırladıqları bədii hissə nümayiş etdirildi.
Tədbirin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır.