“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

12 fevral 2019-cu il tarixdəSabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib. 

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə  üzrə 311 şagird buraxılıb. Müsabiqədə dinlənilmə mərhələsini uğurla başa vurmuş məktəbimizin Xa sinif şagirdləri Mədinə Ziyadxanova, Nərmin Xəmmədova və elmi rəhbərləri Nisəxanım Məmmədova da iştirak edib.

Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. 

Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Ən nüfuzlu müsabiqəyə səylə hazırlaşan şagirdlərimizi dəstəkləyir, uğurlar arzulayırıq və qarşılarına  qoyduqları məqsədə çatmaqda müvəffəqiyyətlər diləyirik.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi