"Breyn Rinq" keçirilib

31.01.2019-cu il tarixdə məktəbimizin riyaziyyat müəllimi G. Qarayeva şagirdlərin sonuncu tətil gününün səmərəli və maraqlı keçməsi üçün 6 e sinfində Breyn Rinq təşkil edib. Şagirdlər nəinki bilik və bacarıqlarını nümayiş etdirdilər, eyni zamanda musiqili töhfə ilə yarışmaya daha da rəng qatdılar.

Bir az ciddi, bir az da əyləncəli yarışmanın qalibləri sonda müəllim və rəhbərlik tərəfindən mükafatlandırıldı və hər bir şagirdə hədiyyə təqdim olundu.Yarışmanı, şagirdlərin cavabını anbaan izləyən valideynlər tətili səmərəli təşkil etdiyi üçün məktəb rəhbərliyinə və müəllimlərə təşəkkür etməklə məmnun qaldıqlarını söylədilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi