" Ana dilini sevək, sevdirək"

Bu gün R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə 3 b sinif şagirdləri tərəfindən hazırlanmış " Ana dilini sevək, sevdirək" adlı tədbir keçirilmişdir. Tədbirdə ana dilinin öyrənilməsinin vacibliyindən, nitq mədəniyyətindən söhbət açıldı, ana dilimizə aid şeir, mahnı və kompazisiyalar nümayiş etdirildi. Xalq şairimiz S.Vurğunun " Vaqif " pyesindən, dahi bəstəkar Ü.Hacıbəyovun " Arşın mal alan " operettasından parçalar, " Acı və şirin dilim " adlı səhnəciyi göstərildi, ingilis və rus dilində şeirlər söylənildi. Məktəbin direktoru çıxış edərək, ana dilinin hər bir xalqın, millətin varlığı olduğunu vurğulayaraq, bu dili sevməyin, eləcə də sevdirməyin nə qədər önəmli olmasından söhbət açdı. Tədbirin qonaqları olan Binəqədi YAP nümayəndələri, valideynlər tədbirə dəvət etdiklərinə və şagirdlərin gözəl çıxışlarına görə təşəkkürlərini bildiriblər. Tədbirin sonunda şagirdlər fəxri fərmanla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi