Bakı məktəbliləri arasında I yer

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda keçirilmiş rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutmuşdur.

Məktəbimizin 9 ç sinif şagirdi Cəfərzadə Elnarə Elşən qızı müsabiqədə I yerə layiq görülmüş, Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyəsi ilə təltif olunmuşdur. Bu münasibətlə gəncimizi təbrik edir, dərslərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi