Pedaqoji kollektivlə maarifləndirmə tədbiri

10.01.2019-cu il tarix Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018- ci il tarixli 8/1 nömrəli qərarına əsasən,"Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydası ilə əlaqədar, məktəbin pedaqoji kollektivi ilə iclas keçirildi.

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydaları ilə bağlı tətbiq edilən yeniliklər məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırıldı.

Tədbirdə məktəbin direktoru Natəvan Əsədova, direktor müavinləri Sevinc Niftiyeva, Sevda Sarıyeva, Solmaz Əhmədova, metodbirləşmə rəhbərləri, fənn müəllimləri iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi