İncəsənət Muzeyinə ekskursiya
02.01.2019-cu il tarixində 6ç sinif şagirdləri sinif rəhbəri İ. Cəfərquliyeva ilə birlikdə Azərbaycan Milli İncəsənət muzeyinə ekskursiya etmişlər.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.