M.C.Paşayevin 110 illik yubileyinə həsr olunmuş sərgi

25 dekabr 2018-ci il tarixində Qalereya 1969 (Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu) da Azərbaycan yazıçısı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirildi.

Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəsissələrinin direktorları və məktəblilər iştirak etdilər.

Sərgidə rəsm əsəri nümayiş etdirilmiş məktəbimizin 5d sinif şagirdi Şəbnəm Güləliyeva təşəkkürnamə və hədiyyələrlə təltif olunmuşdur. Şagirdimizi ürəkdən təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi