Həsən bəy Zərdabinin həyat və yaradıcılığı
10.02.2016-cı il 4 c sinfində qoşulduqları “ İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı “layihəsi ilə əlaqədar “ Həsən bəy Zərdabi kimdir? “ adlı tədbir keçirilmişdir.Tədbiri sinif müəllimi Qəniyeva İradə müəllimə açdı.Həsən bəy Zərdabinin həyat və yaradıcılığı,onun redaktor olduğu “ Əkinçi “ qəzeti haqqında çıxışlar dinlənildi.Həsən bəy Zərdabinin həyat və yaradıcılığı haqqında 4c sinif şagirdləri çıxış etdilər.” Əkinçi “qəzeti haqqında məktəbin kitabxana müdüri Ələkbərova Tamella geniş məlumat verdi.Sonda şagirdlərə və müəllimlərə təlim-tərbiyəişləri üzrə direktor müavini Əhmədova Solmaz təşəkkürünü bildirdi.