Nəzarətçilər təlimatlandırıldı
26.12.2018-ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, buraxılış fənləri üzrə keyfiyyətin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi.
Direktor N. Әsәdova komissiya üzvləri və nəzarətçilərə monitorinqin aparılması barədə təlimatlar verdi və monitorinq suallarını tәhvil verdi. Monitorinq tələb olunan vaxtda başladı.