X-XI sinif müəllimləri ilə iclas

Məktəbin fəaliyyət planına uyğun olaraq 10 və 11-ci siniflərdə tədrisin keyfiyyətinin yoxlanılması məqsədilə həmin siniflərə dərs deyən müəllimlərlə məktəb rəhbərliyinin iclası keçirildi.

İclasda fənlər üzrə aparılan kiçik summativ qiymətləndirmənin üsul və vasitələri, şagirdlərin davamiyyəti və fənlərin tədrisi səviyyəsi müzakirə edildi.

Məktəbin direktoru Natəvan xanım Əsədova göstərilən siniflərdə aparılan monitorinqlərin nəticələrinin qənaətbəxş hesab edildiyini bildirdi və müəllimlərə digər tövsiyələrini verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi