Üzeyir Hacıbəyovun ev muzeyinə ekskursiya
Bakının mərkəzi küçələrindən hesab edilən Şamil Əzizbəyli küçəsində dünya şöhrətli bəstəkar,musiqişünas,alim,publisist,Şərqdə ilk opera sayılan " Leyli və Məcnun " operasının müəllifi Üzeyir Hacıbəyovun yaşadığı ev yerləşir.Bu ev tarixi abidə kimi abadlaşdırılıb,həm yerli,həm də xarici qonaqların ziyarəti üçün muzey olaraq fəaliyyət göstərir.R.Əliyev adına 3 saylı tam orta məktəbin müəllimləri və 6c sinif şagirdləri bu dahi şəxsiyyətin ev muzeyində olmuş və xoş xatirələrlə ayrılmışlar.