Qarabağ müharibəsinin iştirakçısı ilə görüş

Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər davam edir.

19.12.2018-ci il tarixdə məktəbimizdə M.Hüseynzadənin həyatı, fəaliyyəti və II Dünya Müharibəsi dövründə göstərdiyi qəhrəmanlıqlar barədə “dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov, məktəbin direktoru Natəvan Əsədova, tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova, müəllim və şagirdlər iştirak edirdi.

Qarabağ müharibəsinin iştirakçısı Telman Hətəmov şagirdlərə xalqımızın tarixini dərindən öyrənməyi, müstəqil Azərbaycanımızın gələcəyi olan şagirdlərə tariximizdən ibrət dərsi almağı tövsiyə etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi