Həyat bilgisi dərsləri
Məktəbin fəaliyyət və həyat bilgisi fənn aylığı planına uyğun olaraq növbəti nümunəvi dərslər oldu. 17.12.2018-ci il tarixdə 2b sinfində müəllim L.Azadova "Qəza baş verərsə", 2ç sinfində müəllim N.Məmmədova "Təbii mənşəlli fövqəladə hallar", 3d sinfində müəllim G.Mustafayeva "Təhlükəli təbiət hadisələri" mövzularını müasir təlim metodlarına uyğun tərtib etmişdilər.
Dərs zamanı müxtəlif şəkil və videolardan istifadə edilərək motivasiya qurulmuşdu. Motivasiyada təqdim edilən tapşırıqlardan sonra şagirdlər sərbəst olaraq yarana bilən təhkükəli hallardan danışaraq müzakirə apardılar.
Dərs əsasən praktik dərs idi. Şagirdlərin nitqi aydın və səlistdir. Sərbəst müzakirə etmə bacarığı və məntiqi təfəkkürü yüksəkdir.