"Mütaliənin faydaları"

Mütaliə insan ruhunun tərbiyəsidir. Bu tərbiyəyə uşaqlar kiçik yaşlardan sahiblənməli, hətta sevməlidir.

Bu məqsədlə 13.12.2018-ci il tarixdə məktəb kitabxanasında 6 e sinif şagirdləri və rəhbərliyin iştirakı ilə "Mütaliənin faydaları" adı altında “dəyirmi masa” keçirildi. Müəllim Səbinə İmanova kitab oxumaq vərdişlərinin təlqin edilməsində müəllimlərin üzərinə düşən böyük vəzifədən söhbət açaraq şagirdləri müzakirəyə cəlb etdi.

Sonda məktəbimizin rəhbəri Natəvan xanım Əsədova öz çıxışında ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün geniş dünyagörüşlü və yüksək intellektli gənclərin yetişdirilməsini vacib saydığını və bunun üçün mütaliəni təbliğ etməyin vacibliyindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi