Ulu Öndər Heydər Əliyevin anım günü

11 dekabr 2018-ci il tarixdə məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anım günü tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, məktəbin direktoru Natəvan Əsədova, müəllim kollektivi və şagirdlər iştirak etdi. 

Məktəbin tarix müəllimi Şərqiyyə Məmmədhüseynova giriş sözü ilə tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

Sonra şagirdlər Ulu öndər Heydər Əliyevə, Vətənə, bayrağa həsr olunmuş şeirlər səsləndirdilər. Eyni zamanda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-film nümayiş olundu.

Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi