Reyhan Camalova ilə görüş

        Gənc ixtiraçı Reyhan Camalova ilə paytaxt məktəbliləri arasında görüş keçirilib.

        Məktəblilər arasında məktəbimizin IX C sinif şagirdləri Gülər Quluzadə, Səkinə Sadıxova və X A sinif şagirdi Arif Rəhimov da var idi.

        Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Xədicə Məmmədova, Təhsil İnstitutunun nümayəndəsi Tofiq Sadıxov, məktəb direktorları və şagirdlər iştirak ediblər.

        Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi, gənc ixtiraçı, “ASAN xidmət”in ideya müvəkkili, dünya üzrə 100 qadından biri seçilən Reyhan Camalova çıxışı zamanı öz uğur hekayəsindən bəhs edib. O, qazandığı təcrübləni məktəblilərlə bölüşüb, kiçik təşəbbüslərin və əzmkarlığın onun həyatında mühüm rol oynadığını bildirib.

R.Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından da danışıb. O, ixtirası haqqında geniş məlumat verərək, müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu–"Rainergy" qurğusunu hazırladığını söyləyib.

Daha sonra R.Camalova məktəblilərin suallarını cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi