“Ölkəmizi tanıyaq” tur-aksiyası

        “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Gəncə-Göygöl-Şəmkir istiqamətinə baş tutan səfərləri başa çatdı. Səfərdən qayıdan Binəqədi məktəbliləri arasında məktəbimizin 9C sinif şagirdləri Səkinə Sadıxova Fuad qızı və Nərgiz Muradova Elşad qızı da var idi. Tur-aksiya iştirakçıları YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra səfərdən geri dönmüş məktəblilərlə görüş keçirildi. 
     Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tur-aksiyanın əhəmiyyətindən danışaraq, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini söylədi. 
        Çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi