Nümunəvi dərslər davam edir
Məktəbin fəaliyyət və fənn aylıqları planına uyğun olaraq nümunəvi dərslər davam edir. 2A sinfində informatika fənni üzrə müəllim F.Hümbətovanın "İnformasiyanın növləri və alınması", 2B sinfində ana dili fənni üzrə müəllim L. Azadovanın "Üç ana və üç oğul", 3C sinfində müəllim İ.Qəniyevanın “Sərçə”, 4A sinfində müəllim D.Bəkirovanın “Halal pul” mövzularında nümunəvi dərsləri keçirildi.
Dərslərdə müzakirə, rollu oyun təlim üsullarından istifadə edildi. Şagirdlərin oxuyub anlama, sərbəst fikir söyləmə və nəticə çıxarmaq bacarığı, aktivliyi yüksək idi.