Monitorinqin nəticələri

        Məlumat verdiyimiz kimi məktəbimizin XI siniflərində riyaziyyat fənnindən monitorinq keçirilmişdir. 
        Monitorinq test tapşırığı formasında aparıldı. Test tapşırığı 14 sualdan ibarət idi. Suallardan 5-i açıq, 9-u isə qapalı tipli idi. Monitorinqdə iştirak edənlərdən 12 şagird qeyri müvəffəq nəticə göstərmişdir. 
        Monitorinqin nəticələrinə görə keyfiyyət göstəricisi 17,8571%, mənimsəmə göstəricisi 57,1428%-dir. Şagirdlərin ən çox cavablandırmadan imtina etdikləri suallar 6, 8, 9, 13, 14 nömrəli tapşırıqlardır. Qeyd edək ki, monitorinqə salınan test tapşırıqları səhifəmizdə elan olunduğu kimi IX sinif dərsliyinin I və II bölməsindən götürülmüşdür.
        Monitorinqin müzakirəsi zamanı belə nəticəyə gəlindi ki, şagirdlər əsasən ədədin tam və kəsr hissəsi, kvadratik funksiya, simmetriya oxu bəhsini kifayət qədər mənimsəməyiblər. XI siniflərdə riyaziyyat fənnini tədris edən müəllimlərə tövsiyə olundu ki, həmin mövzular şagirdlərə bir daha izah edilsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi