Monitorinq nəticələrinin təhlili
19.11.2018-ci il tarixdə riyaziyyat və Azərbaycan dili fənni üzrə 9 və 11-ci siniflərdə keçirilmiş məktəbdaxili monitorinq nəticələrinin müzakirəsi aparıldı.
Müzakirədə məktəbin direktoru Natəvan Əsədova, direktor müavinləri və riyaziyyat müəllimləri iştirak etdi. Şagirdlərin suallara verdiyi cavabların təhlili aparıldı, statistik nəticə çıxarıldı.